Əlaqə Arxiv
news Image
2013.07.15
16:33
| A A A
Akif Əlizadə Terminologiya Komissiyasının sədri oldu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri müəyyənləşib.


Komissiyanın sədr müavini Sayalı Sadıqova Mövqe.az-a bildirib ki, NK-nın bu günlərdə verdiyi qərarla Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Terminologiya Komissiyasının sədri vəsifəsinə təsdiq edilib. Bu ilin sentyabrında sədrin iştirakı ilə komissiyanın iclası keçiriləcək və görüləcək tədbirlər müzakirə ediləcək. Bu ilin noyabrında Terminologiya Komissiyasının 90 illik yubileyinin keçirilməsi də nəzərdə tutulur.


Qeyd edək ki, Nazirlər Kabineti yanında yeni yaradılan Terminologiya Komissiyası Azərbaycanda elmi-ədəbi dili təkmilləşdirmək məqsədilə kütləvi informasiya vasitələrində, dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün istifadəsinə nəzarət edəcək.


Xatırladaq ki, ötən ilin sonlarında yaradılmış komissiyanın sədri AMEA-nın keçmiş prezidenti Mahmud Kərimov idi.

Sizin Reklam Yeriniz