Əlaqə Arxiv
news Image
2013.07.15
17:40
| A A A
Cənubi Koreyanın Müdafiə Nazirliyi smartfonlardan istifadəni qadağan edib

"Renxap" agentliyinin yaydığı məlumata əsasən, Cənubi Koreyanın Müdafiə Nazirliyi bu gündən qurumun qərargahında daxili fotokamera və internetə çıxış imkanına malik smartfon və başqa qurğulardan istifadəni qadağan edib.

 

Müdafiə Nazirliyinin mətbuat katibi Kim Min Sok bildirib ki, sözügedən tədbirlər nazirlikdən məxfi informasiya itkisinin qarşısını almaq məqsədi ilə qəbul edilib.

 

Müdafiə Nazirliyində xidmət edənlər smartfonlarına təhlükəsizlik bölməsi tərəfindən hazırlanmış xüsusi tətbiqi quraşdırmalı olacaqlar. Bu tətbiq brauzer, kamera və diktofondan istifadəni bloklayacaq. Sözügedən tətbiqi quraşdırmamış ziyarətçi və əməkdaşlar öz mobil qurğularını binanın girişində qoyaraq içəri daxil  olacaqlar.

 

www.tasstelecom.ru

 

Sizin Reklam Yeriniz