Əlaqə Arxiv
news Image
2013.07.15
17:17
| A A A
Meyvə-tərəvəzin qiyməti niyə ucuzlaşmır?
Rafiq Məcidov: "Məhsullar elə topdansatış məntəqəsinin girişindəcə kəndlilərdən alınaraq baha qiymətə satılır"

Paytaxtda son günlər mövsüm meyvə-tərəvəzlərinin qiyməti yenidən bahalaşıb. Hazırda mövsüm meyvələrinin bolluq dövrü olmasına baxmayaraq, meyvə-tərəvəzlərin qiyməti ucuzlaşmaq bilmir. Paytaxt bazarlarında qaysı əriyin 1 kiloqramının qiyməti 2 manat 50 qəpiyə, giləmeyvələrin qiyməti isə 2 manat 20 qəpik- 3 manat 50 qəpik arasında dəyişir. Bazarlarda ən ucuz gavalı və alçanın qiyməti 1 manat 30 qəpiyə təklif olunur. Pomidorun 1 kiloqramının qiyməti 80 qəpik-1 manatdan aşağı enmir. Satıcılar mövsüm meyvə-tərəvəzlərinin qiymətinin baha olmasına səbəb kimi bu il məhsulun az olmasını əsas gətirsələrdə, Kənd Təssərrüfatı Nazirliyindən bunu təkzib edirlər. Nazirliyin şöbə müdiri Sabir Vəliyev Movqe.az-a açıqlamasında bildirib ki, bu il meyvə tərəvəz ötən illə müqayisədə çox olub: " Bu ilin iyul ayının 1-ə olan məlumata görə, respublikanın rayonlarından 80 min ton meyvə toplanıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıqdır. Mövsümi meyvə-tərəvəzin məhsuldarlığında azalma yoxdur. Bircə qaprız 336 min ton istehsal edilib ki, bu da hələ bu bostan məhsulunun tam yetişməməsi ilə bağlıdır". 

Nazirliyin    iqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidov isə bu il meyvə-tərəvəzin qiymətinin mövsüm dövründə belə ucuzlaşmamasının səbəbini, paytaxtdakı meyvə-tərəvəzin topdansatış mərkəzi ilə əlaqələndirir. R. Məcidov deyir ki, paytaxta gətirilən bütün meyvə-tərəvəz məhsulları "Meyvəli" topdansatış məntəqəsindən satılır. Burada isə məhsullar elə topdansatış məntəqəsinin girişindəcə kəndlilərdən alınaraq baha qiymətə satılır. Nəticədə paytaxt bazarlarına məhsul baha gəlib çıxır".   

  


Sizin Reklam Yeriniz