news Image
2013.07.15
09:45
| A A A
Orta məktəblərdə peyvəndləmə kampaniyasına start veriləcək-Eksklüziv
Afaq Əliyeva: "Bəzi polikilinikalarda qeydiyyatda olan uşaqlar qızılca və məxmərəyə qarşı vaksindəndən kənarda qalıblar":

"Yeni dərs ilindən respublikanın ümumtəhsil müəssisələrində peyvəndləmə kampaniyasına start veriləcək". Bu sözləri Movqe.az-a açıqlamasında  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, bəzi polikilinikalarda qeydiyyatda olan uşaqlar qızılca və məxmərəyə qarşı vaksindəndən kənarda qalıblar: " Bu dərs ilindən orta məktəblərdə start veriləcək peyvəndləmə kampaniyasının məqsədi vaksindən kənar qalan uşaqları qızılca və məxmərəyə qarşı peyvənd etməkdir. 2006-cı ildə də bir dəfə belə kampaniya keçirilmişdi. Bu dərs ilində də bu kampaniyanın başlanılması nəzərdə tutulur. Təhsil müəssisələri uşaqların sıx kontaktda olduğu məkanlardan olduğundan, məktəblilərin qızılca və məxmərəyə qarşı peyvənd edilməsi vacibdir".