Əlaqə Arxiv
news Image
2013.07.15
19:30
| A A A
Pnevmakok peyvəndlərin tətbiqinə ilin ikinci yarısı başlanılacaq-Eksklüziv
Afaq Əliyeva: "Avqust ayının 5-ə qiymətləndirmə missiyası ilə birgə yerlərdə vəziyyətə baxış keçiriləcək"

Uşaqlar üçün yeni, pnevmakok peyvəndlərin tətbiqinə ilin ikinci yarısı başlanılacaq. Bu sözləri Movqe.az-a açıqlamasında  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, yeni vaksinin tətbiqi ilə bağlı keçirilən treninqlər başa çatıb: "Treninqlər keçirilib başa çatdırılıb.  Vaksinləri qəbul edəcək soyuducular tam hazırdır. Soyuducuların hər biri yaddaş vərəqələri ilə təmin edilib. Hazırlıq işləri tam başa çatdırılıb. İndi biz Ümumdünya Səhiyyə Təşkilatının  (ÜST) qiymətləndirmə missiyasının Azərbaycana səfərini gözləyirik. Avqust ayının 5-ə qiymətləndirmə missiyası ilə birgə yerlərdə vəziyyətə baxış keçiriləcək. Soyuducuların vaksinləri qəbul etməyə hazıqlıq səviyyəsi yoxlanılacaq. Bundan sonra vaksinlərin Azərbaycana gətirilməsinə başlanılacaq. Çünki, artıq Azərbaycana lazımi qədər pnevmakok peyvəndlər ayrılıb". 

A. Əliyeva Azərbaycana ayrılan yeni pnevmakok peyvəndlərin Belçika istehsalı olduğunu bildirdi. Onun sözlərinə görə, pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq.

Qeyd edək ki, bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərlə rastlaşma tezliyi çox azalacaq.



Sizin Reklam Yeriniz