Əlaqə Arxiv
news Image
2013.07.16
13:06
| A A A
Yer kürəsində sensor ekranların istehsalı üçün material ehtiyatları tükənib

Smartfon, planşet kompüter və digər müasir elektronika istehsalçıları yaxın gələcəkdə sensor ekranlar istehsal edəcək yeni materiallara yiyələnməli olacaqlar. Buna səbəb müasir displeylərin əsas komponenti olan indium kimyəvi materialının təbii ehtiyatlarının tezliklə tükənə bilməsidir.

 

Bu problem San-Fransiskoda keçirilən "Semicon West" sənaye konfransında müzakirə olunub.

 

İstehsalçılar sensor qurğuların buraxılış həcminin artım tempini nəzərə almaqla yaxın illərdə sənaye miqyasında yeni materiallara yiyələnməlidirlər.  

 

"NPD Display Search" şirkətinin məlumatına görə, 2013-cü ildə buraxılan bütün qurğularda sensor ekranların ümumi sahəsi 2012-ci ildə qeydə alınan 12 milyon kvadratmetrlik göstərici ilə müqayisədə 2 dəfədən çox artaraq 25,5 milyon kvadratmetr təşkil edəcək. Bundan başqa, sahənin 2015-ci ilədək 35,9 milyon kvadratmetrədək artacağı da gözlənilir.

 

Analitiklər həmçinin qeyd edirlər ki, sensor ekranlara tələbat sensor noutbuklar bazarında artımın müşahidə olunması ilə əlaqədar xeyli yüksələcək.

 

Hazırda tətbiq edilən materialın alternativlərindən biri gümüş nanonaqildir. Bu material da elastik displeylər yaratmağa imkan verir. Laboratoriya şəraitində bu səthə malik displey deformasiya əlaməti olmadan 100 dəfədən çox əyilib, "CNews" yazır. 

 

"Juniper Research" analitiklərinin proqnozlarına əsasən, 2013-2017-ci illər ərzində daşınan elektronika bazarı 4,5 dəfədən çox artaraq 70 milyon qurğuya çatacaq. 

Sizin Reklam Yeriniz