news Image
2013.07.16
13:00
| A A A
Sabah havanın temperaturu 42 dərəcəyə yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Mövqe.az-a verilən xəbərə görə, mülayim şimal küləyi səhər və gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-29 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında da hava şəraiti yağmursuz keçəcək. Lakin gecə bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti olacağı gözlənilir.

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs