news Image
2013.07.16
13:07
| A A A
“Samsung” şirkəti “iPhone 7” üçün prosessorlar yığacaq

"Apple" və "Samsung" şirkətləri bir-birinə qarşı qaldırdıqları məhkəmə iddialarına baxmayaraq öz biznes maraqlarına böyük önəm verirlər. Belə ki, bu günlərdə şirkətlər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. 2015-ci ildən sonrakı dövrü əhatə edən sazişə əsasən "Samsung" ABŞ istehsalçısına 14 nanometrlik texnologiya bazasında yaradılan mikroprosessorlar tədarük edəcək.

 

İmzalanmış saziş ilk növbədə 2015-ci ilin ikinci rübündə buraxılacaq mobil telefonlar (iPhone 7) üçün mikroçiplərin tədarükünü nəzərdə tutur. Xatırladaq ki, bundan əvvəl "Apple"-ın "Taiwan Semiconductors Manufacturing Company" (TSMC) ilə şirkətin gələcək nəsil planşet və smartfonlarında tətbiq ediləcək "A9" prosessorlarının istehsalına dair istehsal müqaviləsi imzalanması ilə bağlı məlumatlar yayılmışdı.

 

Ötən il "Samsung" artıq "Apple" və onun "iOS" əməliyyat sistemli qurğuları üçün eksklüziv çip tədarükçüsü rolunda çıxış edib. Bundan başqa, "Samsung" ABŞ istehsalçısının hazırkı "iPhone 5" və "iPad 4 Retina" qurğuları üçün "A6" və "A6X" çiplərini də yığır, - "Cybersecurity" yazır.

 

"Apple" həmçinin " GlobalFoundries" şirkəti ilə istehsal üzrə əməkdaşlıq variantlarını da nəzərdən keçirir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs