news Image
2013.07.16
14:44
| A A A
“Ən yaxşı informatika müəllimi” müsabiqəsi keçirilir

Prezident İlham Əliyevin "2013-cü ilin İnformasiya-kommunikasiya Texnologiyaları ili elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq olunması haqqında" Sərəncamı ölkəmizdə bu sahənin dinamik inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirlər Planının ölkədə informasiya cəmiyyəti və insan potensialının inkişafı hədəflərinə xidmət edən "Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi" bəndi İKT-nin səmərəli tətbiqi ilə e-dövlət mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün İKT biliklərinin əldə edilməsinin təminini nəzərdə tutur.


AMEA-ya həvalə edilən tədbirlər üzrə Fəaliyyət Proqramı çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri tex.f.d. Firudin Ağayev, böyük elmi işçi Gülarə Məmmədova və proqramçı Könül Daşdəmirova cari ilin 2-11 iyul tarixlərində Göyçay rayonuna ezam olunmuşlar. Göyçay orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri üçün "Ən yaxşı informatika müəllimi" müsabiqəsi çərçivəsində kompüter kursları keçirilmişdir.

3 mərhələdən ibarət olan, sonda isə biliklərin xüsusi test proqramı ilə qiymətləndiriləcəyi layihənin birinci mərhələsi artıq başa çatmışdır. Məqsəd Göycay rayonunda İKT sahəsində milli kadrların hazırlanması, ümumitəhsil müəssisələrində çalışan müəllimlərin müasir elmi-texniki biliklərə yiyələnməsidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs