Əlaqə Arxiv
news Image
2012.05.13
11:19
| A A A
Turistin sayı 100 mln. ola bilər

Mövqe.az xəbər verir ki, Amerika  höküməti 2021-ci ilə qədər xaricdən gələn  turist sayını 100 milyona,  xərclərini  isə 250 milyard dollara yüksəltməyi hədəfləyib. ABŞ ötən  il ölkəyə gələn turist sayının  65.4 milyon olduğunu açıqlayıb. Beləki 2010-cu ildə xaricdən gələn əcnəbilərin sayı 62 milyon idi. 2011-ci ildə ölkəyə gələn turistlər ümumi olaraq 153 milyar dollar xərcləyiblərsə, bu rəqəm 2010-cu ildə 134 milyon dollar idi. Viza almaq da əvvəlkinə nisbətən   asanlaşıb. Artıq viza almaq üçün daha az sənəd  lazım gəlir. Xatırladaq ki, turistlər  Amerikaya ən çox Meksika, Kanada və İngiltərədən gəlir. Viza problemi olmadığına görə  hər il Kanadadan Amerikaya 20 milyon turist gəlir.


Əfqanə Məzahirqızı

Mövqe.az


Sizin Reklam Yeriniz