Əlaqə Arxiv
news Image
2013.07.16
20:45
| A A A
Los Ancelesdəki "Zimmerman" etirazlarında bibər qazlı müdaxilə və nəzarət

Movqe.Az xəbər verir ki, ABŞ-da 2012-ci ilin fevralında Trayvon Martinin oğru zənn edərək öldürən məhəllə gözətçisi Corc Zimmermadan sonra Floridada başlayan etirazlar Los Ancelesə çatıb. Oakland şəhərində polis nümayişçilərə bibər qazıyla müdaxilə edib. Los Anceles Təhlükəsizlik Müdirliyindən edilən şərhdə 13 nəfərin nəzarətə alındığı bildirilib. Təhlükəsizlik Müdiri Çarles Bek, "Bu vəziyyətin davam etməsinə icazə verilməyəcək" deyə bildirib. Polisin etdiyi şərhdə, nümayişçilərin arasından 150 nəfərlik bir qrupun bəzi hücumlara qarışdığı deyilib. Edilən şərhə görə təcavüzkar qrup bayraq yandırıb, polis vasitələrini və mağazaların vitrinlərini yararsız hala salıb. Oakland şəhərində polisin nümayişçilərə bibər qazıyla müdaxilə etdiyinə dair Tvitterda xəbərlər və fotoşəkillər yayılıb.

Sizin Reklam Yeriniz