Əlaqə Arxiv
news Image
2013.07.17
11:20
| A A A
17 iyulda Azərbaycanda gözlənilən hava şəraiti

Mövqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən 17 iyulda Azəsbaycanda gözlənilən hava şəraitini təqdim edir. 

Bakıda və Abşeron yarımadasında

İyulun 17-dəhava şəraitinin yağmursuz olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, 

Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

İyulun 17-də hava şəraitinin yağmursuz olacağı, lakin gecə bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyədək, dağlarda gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti olacaq. 

Tibbi-meteoroloji xəbərdarlıq

İyulun 19-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti insanlar üçün əlverişsizdir. Gündüz saatlarında gün altında olmaq məsləhət deyil.

Aqrometeoroloji şərh

İyulun 19-na kimi gözlənilən sabit və isti hava şəraiti Respublikanın əksər rayonlarında kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əsasən əlverişli olacaq. Lakin torpaqda olan rütubət ehtiyatının azalması əkinlərin suvarılmasına ehtiyacı artıracaq. Hava şəraitinin yağıntısız olması aqrotexniki işlərin aparılması üçün münasib olacaq.


Sizin Reklam Yeriniz