Əlaqə Arxiv
news Image
2013.07.17
19:53
| A A A
Şimali Koreyaya mərmi nəqli

Movqe.Az xəbər verir ki, Panama Kanalında Şimali Koreyaya gedən bir gəmi dayandırılıb. 2009-cu ildə Suriyaya getdiyi üçün "şübhəli" siyahısına alınan gəmidə şəkər konteynırların içinə saxlanmış mərmilər tapılıb.  Dövlət Başçısı Martinelli "Chong Chon Gang" adlı gəminin, Birləşmiş Millətlər Təşkilatının silah qaçaqçılığıyla mübarizə qanunlarını pozduğunu bildirib. Panama lideri, silahların şəkər konteynırlarının altına saxlandığını açıqlayıb. Gəmini limana çəkməyə çalışan polisə güc göstərmələri səbəbiylə 35 Şimali Koreyalı dənizçinin nəzarətə alındığı bildirilib. Digər tərəfdən əməliyyat əsnasında infarkt keçirən kapitanın isə intihar cəhdində də olduğunu deyilib. Şimali Koreya və Kubadan əməliyyatla əlaqədar hələ bir şərh edilməyib. Dünyada silah nəqlini araşdıran Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu isə  gəminin 2010-cu ildə Ukraynada silah daşıdığı və 2009-cu ildə Suriyanın Tartus limanında qeydiyyatdan kçdiyi "şübhəli gəmilər" siyahısında olduğunu açıqlayıb.


Sizin Reklam Yeriniz