news Image
2013.07.18
13:23
| A A A
Azərbaycan Almaniyada keçirilən sərgidə təmsil olunub

Bu il mayın 15-dən iyulun 14-dək Almaniyanın Drezden şəhərində "Kultur Aktiv" təşkilatı tərəfindən keçirilən VI Transqafqaz festivalı çərçivəsində "Kişi və qadınlar arasında gender bərabərliyi" və "Sərhədsiz dünya" mövzularında iki layihə gerçəkləşib. Birinci layihədə altı həftə ərzində Gürcüstan və Ermənistan nümayəndələri ilə yanaşı, Azərbaycanı rəssam Səbinə Şıxlinskaya təmsil edib. Almaniya, Çexiya və Polşanın sərhəddində keçirilən ikinci layihədə isə S.Şıxlinskaya ilə bərabər heykəltaraş Çingiz Babayev də iştirak edib. 


Zaqafqaziyadan olan qadın rəssamların triosu əl işlərini "Qadınların gözü ilə…" adı altında sərgiləyib. Yekun sərgi Drezdendə Yohannştadt rayonunun mədəniyyət mərkəzində baş tutub. Mərasimə müxtəlif diasporları təmsil edən yüzdən artıq qonaq qatılıb. Onlar burada rəssamların əl işləri ilə tanış olmaq imkanı, həmçinin Zaqafqaziya mətbəxi layihəsində təqdim olunan Azərbaycan yeməklərindən dadmaq fürsəti qazanıblar. Həmvətənimiz Əlihüseyn Babayev və həyat yoldaşı Yuliana Şneyderman tərəfindən təqdim edilən Azərbaycan mətbəxi həm almanlarda, həm də digər xalqların nümayəndələrində böyük maraq oyadıb. 


Daha sonra Tsittau şəhərində "Land art" üslubunda əl işlərinə yekun baxış keçirilib. Burada sərgilənən azərbaycanlı rəssamların əl işləri ideya və yaradıcılıq baxımından qoyulan məqsədi tam əhatə edərək açıb. Rəssamlarımız işlərində ölkəsinin rəmzlərini mövcud olduqları yerlə əlaqələndirərək bütün xalqların və millətlərin yeri, dini və dilindən asılı olmayaraq birləşməsinə ehtiyac olduğunu göstəriblər. Tədbir müddətində iştirakçıların Almaniyadakı qədim Kloster Marientahl monastrında yaşaması da rəmzi xarakter daşıyıb. 

 



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs