news Image
2013.07.18
13:43
| A A A
Paytaxtdakı bəzi çayxanalar xəstəlik mənbəyidir
Ziyəddin Kazımov: " Tez xarab olan məhsullar digər təkrar emaldan keçirilərək yeni bir məhsul kimi satış yerlərinə aparılır"

"Paytaxtın park və meydançalarında, qanunsuz mövsümi obyektlər çayxanalar təşkil olunur . Bu çayxanalar əhali arasında xəstəliklərin yayılması üçün real təhlükə mənbələridir".

Movqe.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib. Z. Kazımov bildirib ki, həmin ərazilərdə su-kanalizasiya sistemi sanitar normalara cavab vermir, bəzilərində heç bu sistem yoxdur və adi primitiv qaydada fəaliyyət göstərirlər: "Ölkədə əhalinin kütləvi toplaşdığı ərazidə açıq şəkildə qazlaşdırılmış suların, şirələrin satışı, cürbəcür xəmir məmulatları - peraşki, qutabların satışı ilə əlaqədar görülən tədbirlərə baxmayaraq, problemlər qalmaqda davam edir".

Z.Kazımov qeyd edib ki, yay mövsümündə kəskin mədə-bağırsaq xəstəlikləri geniş yayılma ehtimalı daha çox olur: "Burada birinci növbədə ərzaq məhsullarının istehsalından sonra saxlanması və realizasiya müddətinin gözlənilməsi diqqət mərkəzində saxlanılır. Yay mövsümündə bəzi məhsullar tez xarab olur. Lakin bir sıra hallarda tez xarab olan məhsullar digər təkrar emaldan keçirilərək yeni bir məhsul kimi satış yerlərinə aparılır. Bunun da qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilir".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs