Əlaqə Arxiv
news Image
2013.07.18
15:17
| A A A
Səhiyyə Nazirliyi Mənzil Kommunal Təssərrüfat Birliklərinin qüsurlarını üzə çıxardı

"Bakıda əhalinin sayına uyğun olaraq məişət tullantılarının toplanması üçün tutarlar bu gün kifayət qədər deyil. Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan mənzil kommunal təsürrüfat obyektləri, inzibati rayonlarda fəaliyyət göstərən təşkilatlar kifayət qədər işlər aparsalar da, hələdə məişət qalıqları tam təmizlənmir". 

Movqe.az-ın məlumatılna görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görüldüyü tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, konteynerlərin, ərazinin ağcaqanadlar, gəmiricilərə qarşı dezinfeksiyası işləri kifayət qədər aparılmır. Bu da əhali arasında haqlı narazılığa səbəb olur. Məişət tullantıların yığılması üçün meydançaların kifayət qədər olmaması, tutarların dezinfeksiya edilməsi ilə bağlı dəfələrlə işlər görülsə də, müəyyən problemlər hələ də var.


Sizin Reklam Yeriniz