news Image
2013.07.18
14:40
| A A A
İki çimərlikdə bağırsaq çöpləri normadan artıqdır

"Sahil və Şıx çimərliklərində dəniz suyunda bağırsaq çöplərində çirklənmənin normadan artıq olduğu üzə çıxıb".

Movqe.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, əgər bir litr su üçün norma 44 mindirsə, burada 110, hətta 200 minə qədər bağırsaq çöpləri ilə çirklənmə aşkar edilib. Yəni bu, birbaşa fekal çirklənmə deməkdir:

"Artıq bununla əlaqədar qəbul edilən qərar icra edilmək üçün müvafiq orqanlara - Daxili işlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarına və mənzil-kommunal təsərrüfatı departamentinə yönəldilib."

Kazımov qeyd edib ki, dəniz suyunun laborator müayinələrinə may ayından etibarən başlanılıb. Dəniz suyunun temperaturunun hərarəti 18 dərəcədən yuxarı qalxadıqda orada bağırsaq çöplərinin inkişafı başlayır. Həmin andan etibarən də labiorator müayinələr tədqiq olunur, dəniz suyunun toksikoloji, radiolji, kimyəvi və bakretioloji müayinəsi keçirilir.