Əlaqə Arxiv
news Image
2013.07.18
15:32
| A A A
61 ət satışı mağazası qanunsuz kəsim aparır
Ziyəddin Kazımov:"Paytaxtın hər bir inzibati rayonu ərazisində ət kəsiminin təşkil olunması üçün ayrıca torpaq sahəsi ayrılacaq"

"Bu gün paytaxtın küçə və meydançalarında, ayrı-ayrı inzibati ərazilərində kəsim işləri aparılır. Bəzən insanlar müsəlmançılığa əsasən gözləri qarşısında açıq şəkildə kəsilən heyvanların ətini yediklərini bəhanə edirlər. Əfsuslar olsun ki, belə olmamalıdır. Hər bir kəsimə gətirilən heyvan müvafiq nəzarətedici orqanların müayinəsindən keçməlidir. Sonra ayrıca kəsim sahələrində bu kəsim aparıldıqdan sonra ət satışı ilə məşğul olan mağaza və ya dükanlara gətirilə bilər. Ötən il mərkəz tərəfindən aparılmış monitorinqlər nəticəsində 61 ət satışı mağazası qanunsuz kəsim apardığına və sanitar normalara cavab vermədiyinə görə cərimə olunub"Bakı şəhərində 3-4 yerdə ət kəsiminin aparılması üçün rəsmi qaydada icazə verilib".

Movqe.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Z. Kazımov onu da əlavə edib ki, müvafiq dövlət proqramında paytaxtın hər bir inzibati rayonu ərazisində ət kəsiminin təşkil olunması üçün ayrıca torpaq sahəsi ayrılacaq və bu ərazilərdə sallaqxanaların yaradılması üçün müsbət rəy veriləcək. Z. Kazımovunj sözlərinə görə, hələlik bu sahədə 1-2 rayondan başqa sallaqxanaların açılması ilə bağlı müraciətlər edilməyib.



Sizin Reklam Yeriniz