Əlaqə Arxiv
news Image
2013.07.18
16:43
| A A A
Əvvəl yataq otağını partladıb

Movqe.Az xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki səkkizi Türk olan 10 nəfərin öldürülməsindən məsul neo-Nazı terror təşkilatı NSU (Nasyonal Sosialist Yeraltı) iddiasının 24-cü məhkəməsində əsas şübhəli Beate Zschaepe tərəfindən izlərin silinməsi üçün partladıldığı deyilən Zvickau şəhərindəki hüceyrə ev gündəmə gəlib.

Zschaepenin iki köməkçisi Uve Mundlos və Uve Böhnhardt adlı neo-nasistlər, bank soyğunundan sonra 4 Noyabr 2011-ci il tarixində intihar etmişdi. Eyni gün Beate Zschaepe birlikdə yaşadıqları evi partlatmışdı. Yanğını araşdıran Frank Lenk adlı polis, məhkəmədə yanğın yerindən çox sayda fotoşəkil göstərib. Yanğının əvvəl yataq otağından çıxmış olduğunu ifadə edən polis, şübhəlinin partlayışdaistifadə etdiyi 10 litrlik benzin bidonunu çox zərər görməmiş halda tapıldığını söyləyib. Zschaepe isə məhkəmədə qaldığı evin şəkilləri göstərilməyə başlayanda eynəklərini taxaraq divara əks etdirilən rəsimləri izləyib. Evdə olan kompüterlərin çox zərər görmədiyi üçün çox sayda dəlilə rast gəlindiyini ifadə edən məmur, cinayət silahlarının da yanğından bütün olaraq çıxdığına diqqət çəkib.


Sizin Reklam Yeriniz