Əlaqə Arxiv
news Image
2013.07.18
18:25
| A A A
Nelson Mandela 95 yaşına keçir
Movqe.Az xəbər verir ki, Cənubi Afrikada zəncilərin azadlıq mübarizəsi lideri Nelson Mandela, 95 yaşına xəstəxanada girir. Mandelanın ad günü qeyd etmələri üçün bütün dünyada və Cənubi Afrikada müxtəlif tədbirlər təşkil edilir. Ağciyər infeksiyası diaqnozuyla 8 İyunda xəstəxanaya qaldırılan Mandelanın sağlamlıq vəziyyətinin yaxşılaşdığı  bildirilir. Birləşmiş Millətlər Təşkilatının, Nobel mükafatı sahibi Mandelanın doğum gününü Beynəlxalq Nelson Mandela Günü olaraq elan etmişdi. Cənubi Afrikanın ilk qara prezident olan Mandelanın ad günü üçün, Cənubi Afrikada milyonlarla uşaq mahnıları söylənilir. Ölkə səviyyəsində da müxtəlif xeyr işləri ediləcək. Ölkə daxilində könüllülər, Mandelanın vəkil, insan hüquqları aktivisti, məhbus və prezident olaraq keçirdiyi 67 ilin xatirəsinə, 67 dəqiqə boyunca məktəbləri, yetimxanaları təmir edəcək, xəstəxanaları təmizləyəcək və yoxsullara yemək paylayacaq.
Sizin Reklam Yeriniz