Əlaqə Arxiv
news Image
2013.07.18
11:01
| A A A
Binəqədi-abadlıq quruculuq ünvanı+ Fotolar

Şəhərin mərkəzindən 10,5 km məsafə uzaqda yerləşsə də, bu rayonun həm şimal, həmçinin də, cənub "qapısı" elə girişdəcə insanda xoş əhval ruhiyyə yaradır. Şimal tərəfdən magistral yolun hər iki tərəfi boyunca göz oxşayan yaşıl təpəciklər, səliqə ilə əkilmiş gül-çiçəklər elə ilk andan bu mənzərənin insanı abad bir məkana apardığından xəbər verir. Yolboyu nəfis tərtibatda üzərinə üzlük çəkilən hasarlar,  biri-birini müxtəlifliyi və ekzotikliyi ilə heyran qoyan yaşıllıqlar şəhərin səs-küyündən ayrılıb şimala istiqamət alan paytaxt sakinlərini feyziyab edir. Rayonun cənub tərəfdən girişi də göz oxşayandır. Yolboyu rahatlıq gətirən yaşıllıqlar, müasirliklə təbiətin harmoniyası bir qədər irəli getdikcə tarixi, qədimiliyi özündə etiva edən mənzərəyə verir. Başını aşağı-yuxarı hərəkət etdirən neft buruqları bu yaşayış məskənin vaxtıilə zəngin qara qızıl yatağı olduğu təsəvvürü yaradır. Bəlkədə sözlə təsvir etdiyim bu gözəlliklərin Abşeron yarmadasının Şimal-qərbində yerləşdiyinə, vaxtıilə bu rayonun sakinləri olan insanlar da inanmayacaqlar. İnandırıcı olmasa da, bayaqdan haqqında danışdığım məkan,  qədimiliyini adında etiva edən Binəqədi rayonudur. Qısa zaman kəsiyində sürətlə aparılan abadlıq, tikinti işlərinin rayonun simasını belə dəyişməsi təbii ki, bir rayon sakini kimi məni də sevindirir, qürurlandırır. 


Dünyanın 4 bahalı parkından biri Binəqədidə...


Yenidənqurulmasını binəqədililərin səbirsizliklə gözlədiyi istirahət parkının istifadəyə verilməsi isə sevic hissini birə-beş artırdı. Söhbət ötən ilin avqust ayından təmirinə başlanılan ulu öndər  Heydər Əliyevin adını daşıyan istirahət parkından gedir. Bu mənada iyul ayının 3-ü Binəqədi sakinlərinin həyatında önəmli, yaddaqalan gün kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olmaq üçün Binəqədi rayonuna gəldi. Beləcə 4,5 hektar sahəni əhatə edən füsunkar park binəqədililərin ixtiyarına verildi. İndi bu istirahət parkı Binəqədi rayon sakinlərinin yayın bu istisində dinclik, rahatlıq tapdığı yeganə məkandır. İstirahət parkının mühafizəçisi ilə söhbət zamanı öyrəndim ki, hər axşam haqqında danışdığım park ən azı 3 min qonaq qarşılayır. Parkın cəlbedici olmasının isə təbii ki, xüsusi səbəbi var. Xarici mütəxəssislərin iştirakı ilə ərsəyə gələn istirahət parkınln landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə olunub.

Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə buraya xüsusi yaraşıq verməklə yanaşı, istirahət edənlərin könlünü oxşayır. Binəqədi sakinlərinin istirahət üçün üz tutduğu bu "cənnət məkan"nın isə sözün əsl mənasında cənnətə çevrilməsi elə də ucuz başa gəlməyib. Burada həmsöhbət olduğumuz parkın nəzarətçiləri Heydər Əliyevin adını daşıyan bu istirahət parkının dünyanın 4 ən bahalı parkından biri olduğunu söylədilər.

 

"şəhərin başqa rayonlarından Milli Parka gedənlər bu məkana üz tuturlar"


Parkda həmsöhbət olduğumuz sakinlər isə könül rahatlığı ilə dincəldikləri bu məkana görə,   başda ölkə prezidenti olmaqla, rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərova da minnətdar olduqlarını söylədilər. Vəfa adlı Binəqədi sakini deyir ki, uşaqlarını yayın istisində Milli Parka aparmaq çətin olurdu: "Bu istirahət parkı açılandan sonra şəhərin başqa rayonlarından Milli Parka gedənlər bu məkana üz tuturlar. Çünki, paytaxtdakı rayonların heç birinin ərazisində belə gözəl istirahət parkı yoxdur".


"yeni başçı  təkcə Binəqədinin mərkəzi hissəsinə diqqət ayırmır"


Amma  Binəqədi sakinlərini razı salan rayon ərazisində təkcə bu parkın inşası deyil. Binəqədililər son bir il ərzində Binəqədi rayonun simasının birdən-birə dəyişərək bütün sahələrdə inkişaf etdiyini gündəlik həyatlarında hiss etdiklərini söyləyirlər. Binəqədi rayonunun eyni adlı qəsəbəsinin sakini Zöhrə Məmmədova deyir ki, bu qəsəbədə yerləşən 86 saylı uşaq bağçası sökülərək yenidən inşa olunub: "Əvvəl qəsəbənin sınıq-sökük bağçası vardı. Uşaqları qışda qalın geyindirirdik ki, bağçada soyuqlamasınlar. Amma indi həmin bağçanın yerində müasir, yeni hər bir şəraiti olan bağça tikilib. Bu gün bütün qəsəbə sakinləri həmin bağçanın açılışını səbirsizliklə gözləyir".  

Bu qəsəbədə hımsöhbət olduğumuz sakinlər deyirlər ki, rayonun yeni başçısı təkcə Binəqədinin mərkəzi hissəsinə diqqət ayırmır. Lalə Orucova adlı sakin bu yenilikdən Binəqədi qəsəbəsinə də pay düşdüyünü bildirir: "Özünüz bu qəsəbənin sakinisiniz. Görürsünüz ki, qəsəbədə hansı yeniliklər, abadlıq işləri aparılıb. Elə qəsəbənin girişində bütün divarlara üzlük daşlar çəkilib. Uşaqların qayğısına qalaraq buradakı mərkəzi dairədən məktəbin həyətinə yeraltı keçid tikilir. Qəsəbənin mədəniyyət evi yenidən əsaslı təmir edilir. Qəsəbənin Gülüstan adlanan ərazisindəki sakinlər susuz günlərinə əlvida deyiblər. Bir sözlə rayonda aparılan abadlıq, quruculuq işlərini gündəlik həyatımızda hiss edib bəhrələnirik".


Biləcəri qəsəbəsində bir ayda iki bağça istifadəyə veirlib

 

Qeyd edək ki, Binəqədi rayonu ərazisindəki quruculuq işləri bütün rayonu əhatə edir. Elə bu ayın 6-da Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 274 körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi. 274 saylı körpələr evi-uşaq bağçası "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına əsasən əsaslı təmir olundu. 1992-ci ildən istifadədə olan bağçada əsaslı təmir işlərinə ötən ilin sentyabr ayından başlanılsa da qısa zamanda sona çatdırıldı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Binəqədi rayonu Biləcəri qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilən körpələr evi-uşaq bağçasının açılışında iştirak etdi.

298 saylı körpələr evi-uşaq bağçası da "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına əsasən əsaslı təmir olunub. 1968-ci ildən istifadədə olan bağçada əsaslı təmir işlərinə ötən ilin iyun ayından başlanılmış və qısa zamanda sona çatdırılıb. Bağçada uşaqların ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür şərait yaradılıb.

1542 kvadratmetr sahəni əhatə edən ikimərtəbəli dörd bina tamamilə yenilənib. 230 yerlik uşaq bağçasının həyəti abadlaşdırılıb, yay aylarında uşaqların bağçanın həyətində istirahət edib əylənmələri üçün oyun meydançası salınıb, yelləncəklər, attraksionlar quraşdırılıb. Bağçanın həyətində iki min kv metr sahədə yaşıllıq salınıb, müxtəlif çiçəklər, gül kolları əkilib.


Binəqədidə indidən qışa hazırlıq işləri aparılır


Rayon ərazisində təmir işləri bu gün də davam etdirilir. Rayon ərazisində ümumilikdə 75 ünvanda  su axıntıları olan boruların və 4 nasosxananın təmiri aparılıb. Eyni zamanda 101 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb. TM-9-TM-20 arası 6 kv-luq kabel xəttinin zədə yeri təyin ediib və 2 ədəd mufta qoyulub.  KTM-39-da 2 ədəd ayrıc təmir olunub. TM-Buz, TM-15-də tikinti işləri davam etdirilir. Rəsulzadə qəsəbəsi 9-cu mikrorayon 858 saylı TM-dən 6 saylı binanın elektrik təchizatı yenidən qurulub. Rayon ərazisində TM və KTM-lərin aylıq profilaktik təmir işləri aparılıb. 821, 567, 768 saylı TM-lərdə yenidənqurma işləri aparılır. KTM 1364-də SİP-ləşmə işləri aparılır. 

Binəqədi QİS ərazisində 1319 p/m qaz xətti çəkilib, 218 ədəd Smartkart tipli sayğac quraşdırılıb.

7-ci mikrorayon 2k, 3a, 5a/8,10 və 12 saylı yaşayış binalarının istilik xətlərində 10 ədəd siyirtmə təmir edilib, dik dayaqlarda d-25mm 14p/m boru dəyişdirilib. 8-ci mikrorayon 1v, 2, 16, 20 və 32 saylı binaların istilik sistemində dik dayaqlarda d-89mm 14 p/m boru dəyişdirilib, 6 ədəd siyirtmə təmir edilib. Naxçıvani 4a və 1 saylı binaların zirzəmisində 1 ədəd siyirtmə təmir edilib, 2 ədəd siyirtmə dəyişdirilib, istilik xəttində d-76mm 2 p/m boru dəyişdirilib. M.Cəlal 31,69,71,99,119 saylı binaların və 144 saylı məktəbin istilik xəttində 12 ədəd siyirtmələr təmir edilib, 3 ədəd siyirtmə dəyişdirilib. H.Babaşov 4 və 10 saylı binaların istilik xəttində, d-57mm 7,5 p/m aşağı paylama xəttində boru dəyişdirilib, 4 ədəd siyirtmə təmir edilib. 337 saylı qazanxanada 4 ədəd siyirtmə təmir edilib, 2 ədəd siyirtmə dəyişdirilib. Biləcəri A.Zeynallı 1a saylı binanın zirzəmisində d-80mm 4 ədəd siyirtmə təmir edilib. 7-ci və 8-ci mikrorayon ərazilərində binaların 106 girişlərində təmir işləri davam etdirilir. 42 p/m kanalizasiya  və 12 p/m içməli su xətti dəyişdirilərək cari təmir edilib. Azadlıq 28, Naxçıvani 64, A.Gəraybəyli 31a və H.Babaşov küçəsi 20 saylı binanın qarşısında 5 ədəd xeyir-şər evinin tikintisi davam etdirilir. 24 binanın fasadında əsaslı təmir işləri davam etdirilir. 10 binada çardaqlı dam örtüyünün quraşdırılması davam etdirilir. Həftə ərzində 6-cı və 7-ci mikrorayon ərazisində binaların damlarında 550 p/m yumşaq dam örtüyü təmir edilib. Azadlıq prospekti 191 saylı binada 3 lift yenisi ilə əvəz olunub.132 ünvanda kanalizasiya şəbəkəsində axıntının qarşısı alınıb, 25 p/m kanalizasiya xətti, 3 ədəd lük dəyişdirilib.

    TM-21-TM-18 arası 6kv-luq XLPE kabel xəttində ucluq muftalar qoyulub, KTM-156-da zədələnmiş 0,4kv-luq SİP kabeli bərpa edilib, TUSM rabitə idarəsinin 0,4 kv-luq kabel xətti şəbəkəyə qoşulub. Binəqədi QİS ərazisində 1376 p/m qaz xətti çəkilib, 246 ədəd Smartkart tipli sayğac quraşdırılıb. 3 saylı istilik məntəqəsindən 1q və 4 saylı binalara d-57 mm 24 m,d-159 mm 112 m boru çəkilib. 8-ci mikrorayon 71 a,v,q və Naxçıvani 5 saylı binalarin istilik sistemində 10 ədəd siyirtmə təmir edilib. Qazanxanalarda d-80 və d-25 mm 7 ədəd siyirtmə təmir edilib. M.Cəlal 33, 55, 113,143,139 və 145 saylı binaların istilik xəttində 22 ədəd siyirtmə, 221,231,220 və 536 saylı qazanxanalarda 9 ədəd siyirtmə təmir edilib.270, 273, 274 və 275 saylı qazanxananın istilik xəttində payız-qış mövsümünə hazırlıqla bağlı təmir işləri aparılıb. 7-ci və 8-ci mikrorayon ərazilərində binaların 118 girişlərində təmir işləri davam etdirilir.

16 p/m kanalizasiya  və 14 p/ m içməli su xətti dəyişdirilərək cari təmir edilib. Rəsulzadə qəsəbəsində Hacıbababəyov 2, 3, 4 və Naxçıvani 33 b ünvanlarında paylayıcı şitlər yenisi ilə əvəz olunub. 


Binəqədililərin sağlamlığı diqqət mərkəzindədir


Qeyd edək ki, bu tədbirlərin mütləq əksəriyyəti  "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilib. Bu gün rayonda təhsil onyektlərinin, kommunal obyektlərin yenidən qurulması ilə yanaşı əhalinin də sağlamlığı üçün işlər görülür. Rayonun  M.Ə.Rəzulzadə qəsəbəsində 6 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmir edilir.  Rayon ərazisində digər polikilinikaların təmiri davam etdirilir. 

Bir sözlə, Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işləri bu rayonu paytaxtın ən abad rayonlarından birinə çevirib.   


Yazı Binəqədi rayon İcra Hakimiyyətinin "Binəqədi rayonu mətbuatın gözü ilə"reportaj və yazı müsabiqəsinə təqdim olunur. 








































Sizin Reklam Yeriniz