Əlaqə Arxiv
news Image
2013.07.19
11:34
| A A A
Salyanda sərnişin avtobusu aşıb, ölən var

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb


Salyanda baş verən avtoqəzada 1 nəfər ölüb, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA-nın verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun 77-ci kilometrliyində Salyan rayonunun Dayıkənd ərazisində qeydə alınıb. 


Həmin ərazidə sərnişin daşıyan mikroavtobusla "Mersedes" markalı minik maşını qarşı-qarşıya toqquşub. Qəza nəticəsində "Mersedes"in sürücüsü Lənkəran şəhər sakini, 19 yaşlı Rahib Mais oğlu Şərifzadə hadisə yerində ölüb. 


Mikroavtobusun sürücüsü, Astara rayon sakini, 30 yaşlı Vidadi Vizali oğlu Dadaşov, sərnişinlər Biləsuvar sakini 13 yaşlı Hüseyn İkram oğlu Nuruzadə, Bakı sakini, 18 yaşlı Davud Telman oğlu Qəniyev, Cəlilabad sakini 21 yaşlı Vüqar Yavər oğlu Əmənov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 


Qəzanın baş verməsinə səbəb "Mersedes"in ötmə əməliyyatı zamanı mikroavtobusun yoluna çıxması olub.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Sizin Reklam Yeriniz