Əlaqə Arxiv
news Image
2013.07.19
13:00
| A A A
Bu ilin ikinci yarısında noutbukların tədarükü azalacaq

2013-cü ilin ikinci yarısında dünyanın noutbuk bazarında ilin birinci yarısında olduğu kimi böyük azalma müşahidə edilməsə də, geriləmə qaçılmaz olacaq, - ekspertlər belə düşünür. "Digitimes Research" analitik şirkətinin qiymətləndirməsinə görə, tədarük həcmi 6-7 faiz azalacaq.

 

Rüblük göstəricilər barədə fikirlərini bölüşən analitiklər 2013-cü ilin iyul-sentyabr ayları dövründə dünya bazarına 44,67 milyon qurğunun tədarük ediləcəyini proqnozlaşdırırlar ki, bu da ikinci rübdə qeydə alınan göstəricidən 4,8 faiz çoxdur (həmin dövrdə tədarük həcmi 42,62 milyon ədəd olub). Son rübdə artımın 1,1 faizədək və tədarükün 45,17 milyon ədədədək azalması gözlənilir.

 

"Digitimes Research" mütəxəssisləri cari ilin yekunları üzrə noutbuk tədarükünün 10,8 faiz – 174,34 milyon ədədədək azalacağını güman edirlər. Əvvəlki qiymətləndirmədə isə azalmanın 9,3 faiz – 177,23 milyon ədədədək olması proqnozlaşdırılmışdı.


Ekspertlər həmçinin ilin ikinci yarısında 10 böyük brend noutbuk istehsalçıları arasında ən yaxşı inkişaf dinamikasının "Apple", "Lenovo" və "Hewlett-Packard" şirkətlərinə məxsus olacağını qeyd edirlər, -  "DailyComm" yazır

Sizin Reklam Yeriniz