news Image
2013.07.19
12:21
| A A A
7831 abituriyent 0-100 bal toplayıb

2013-2014-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 7831 abituriyent 0-100 bal toplayıb. Movqe.azın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin abituriyentlər III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında iştirak etmiş abituriyentlərin 28,18 faizini təşkil edib. Qəbul imtahanında 6986 (25,13 faiz) abituriyent 100-200, 4684 abituriyent (16,85 faiz) 200-300, 6246 abituriyent (22,47 faiz) 300-500, 1505 abituriyent (5,41 faiz) 500-600, 542 abituriyent (1,96 faiz) 600-700 bal toplayıb. E.Nağızadə bildirib ki, III qrup üzrə builki qəbul imtahanlarının nəticələri ötən illə müqayisədə bir qədər yaxşıdır. Ötən il III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında iştirak etmiş abituriyentlərin 34,47 faizi, yəni 10 272-si 0-100 bal toplamışdı. Keçən il qəbul imtahanında 7497 (25,16 faiz) abituriyent 100-200, 5103 abituriyent (17,12 faiz) 200-300, 5475 abituriyent (18,37 faiz) 300-500, 1106 abituriyent (3,71 faiz) 500-600, 350 abituriyent isə (1,17 faiz) 600-700 bal toplamışdı. TQDK sözçüsü qeyd edib ki, 2013-2014-cü tədris ili üzrə ali məktəblərin III qrupu üzrə 10 397 plan yeri ayrılıb. Bu il təxminən bir o qədər də abituriyent ixtisas seçimi müsabiqəsinə buraxılıb. E.Nağızadənin sözlərinə görə, əgər III qrupda ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisaslarını düzgün seçsələr, onların hər biri ali məktəbə daxil ola bilər: "Ancaq bir çox hallarda abituriyentlər düzgün seçim etmirlər. Xüsusilə, orta bal toplamış abituriyentlər özəl ali məktəbləri seçmirlər. Nəticədə də ali məktəbə qəbul ola bilmirlər".