news Image
2013.07.19
20:08
| A A A
“Windows Phone” əməliyyat sisteminin ən populyar smartfonu məlum olub

"Windows Phone 8" əməliyyat sistemi tədricən populyarlıq qazansa da, hazırda ondan əsasən "Nokia" şirkətinin modellərində istifadə olunur. Odur ki, Finlandiya istehsalçısının smartfonlarından birinin "Windows Phone (WP)" sistemli qurğular arasında ən populyarı seçilməsinə təəccüblənməyə dəyməz. Nə qədər qəribə görünsə də, bu, şirkətin qabaqcıl modeli yox, texniki xüsusiyyətlərinə görə orta səviyyəli "Lumia 520" smartfonudur.

 

"AdDuplex" şirkətinin "WP"- smartfonlar bazarı üzrə apardığı  qiymətləndirmə zamanı qurğunun satıldığı bütün ölkələr tədqiq edilib. Şirkətin araşdırmalarından belə məlum olub ki, "Nokia" bu bazarda lider olmaqla 85 faizlik paya sahibdir və bu, məntiqi baxımdan qanunauyğundur, çünki məhz "Nokia" "Microsoft" korporasiyasının əsas tərəfdaşı rolunda çıxış edir.

 

"Nokia Lumia 520" smartfonları mobil "WP"-qurğular bazarında 13,3 faizlik paya sahibdir və bu böyük uğur hesab edilir, çünki sözügedən smartfon cəmi 4 ay bundan əvvəl bazara çıxarılıb. Liderlər üçlüyünə "Lumia 910" (11,8 faiz) və "Lumia 620" (9,6 faiz) daxildir. "HTC 8X" taçfonu cəmi 3,7 faiz sahib çıxa bilib ki, bu da həmin qurğunun "Nokia" modelləri ilə rəqabət aparmasını qeyri-mümkün edir. 

 

"WP"-modellərin populyarlığının artmasına baxmayaraq "Windows Phone" platforması "iOS" və "Android" əməliyyat sistemlərindən çox geri qalır. Qlobal reytinqdə platforma yalnız üçüncü yerdə qərarlaşaraq nə "BlackBerry OS", nə də digər əməliyyat sistemlərinə önə keçməyə imkan vermir, - "3DNews" yazır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs