news Image
2013.07.19
17:23
| A A A
Papadan Tvitterla günah çıxarma icazəsi

Movqe.Az xəbər verir ki, Papa, 7 milyon Tvitter izləyicisinə bundan sonra kilsəyə gəlmədən Tvitterla günah çıxarmalarına icazə verdiyini açıqlayıb. Le Monde qəzeti, Vatikan radiosuna əsaslandırdığı xəbərində e-günah çıxarma icazəsinin 8 İyul günü Vatikanda yayımlanan bir fərman ilə alındığını yazıb. Qəzetin xəbərində 22-29 İyul günləri Braziliyanın Rio de Janeiro şəhərində reallaşdırılacaq Dünya Gənclər Günündə gənclərin Tvitterla günah çıxara biləcəkləri qərarının təsdiqləndiyini bildirib. 

Günah çıxarma (Barışma) — Xristianlıqda, tövbəkarların günahlarını bir din adamının qarşısında etiraf edərək bağışlanması deməkdir. Hazırda Katolik Kilsəsində günah çıxarma, Hz. İsanın əsasını qoyduğu, vəftizdən sonra işlənmiş bütün əhəmiyyətli günahların etiraf edilməsini tələb edən bir müqəddəs bir dini mərasimdir.