news Image
2013.07.19
17:35
| A A A
Türkiyə mediasının nümayəndələri Mətbuat Şurasında olublar

Bu gün Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmed Ali Dimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.


Şuradan Mövqe.az-a verilən məlumata görə, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Şura əsas missiyasına uyğun olaraq cəmiyyət üzvlərinin media ilə bağlı şikayətlərini araşdırır, qərar və rəylər çıxarır.


MŞ-nin beynəlxalq əlaqələrə daim üstünlük verdiyini diqqətə çatdıran Ə.Amaşov bu münasibətlərdə qardaş Türkiyə mediası və jurnalist təşkilatları ilə təmasların mühüm önəm daşıdığını vurğulayıb. O, Türkiyənin kütləvi informasiya vasitələrinin dünyanın media məkanında mühüm rol oynadıqlarını önə çəkib və əlavə edib ki, Azərbaycan jurnalistlərinin türkiyəli həmkarlarının təcrübəsinə yiyələnməsi vacib əhəmiyyət daşıyır.

Türkiyəli qonaqlar Azərbaycanın mediası ilə tanışlığın onlar üçün böyük önəm daşıdığını bildiriblər. Səfərlərinin Milli Mətbuat Gününə təsadüf etməsindən məmnunluqlarını ifadə ediblər. Onlar Tərəfsiz Jurnalistlər İctimai Birliyinin hər il 22 iyul tarixi ilə bağlı gerçəkləşdirdiyi dəvət təşəbbüsünü yüksək qiymətləndirərək qarşılıqlı əməkdaşlığın faydalı məqamlarına toxunublar. Azərbaycana keçən il gerçəkləşdirdikləri səfərin də onlarda böyük təəssürat yaratdığını önə çəkiblər.


Qeyd edək ki, Türkiyədən gələn media təmsilçilərinin tərkibinə Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmed Ali Dimlə yanaşı, Türkiyə İdman Yazarları Birliyinin İdarə Heyətinin üzvü Necati Şatana, "Yeni Alaniya" qəzetinin redaktoru Ferit Kesen, Alaniya Qəzetçilər Cəmiyyətinin üzvü İbrahim Barış Başar daxildir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs