Əlaqə Arxiv
news Image
2013.07.20
11:46
| A A A
Ordumuzun əsgəri güllələnib

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb.

 

Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Anar Bayram oğlu İbrahimov posta olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun hərbçi yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Vüqar oğlu Cəfərova dəyib. Nəticədə Ş. Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən bildiriblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

 

Sizin Reklam Yeriniz