Əlaqə Arxiv
news Image
2013.07.20
13:47
| A A A
Mənzil veriləcək jurnalistlərin adları bəlli oldu

Bakı şəhərində jurnalistlər üçün inşa olunmuş yaşayış binasındakı mənzillərin sahiblərinin adları artıq bəllidir. 


Teleqraf.com xəbər verir ki, mənzilllə bağlı müraciət etmiş jurnalistlər adlarını Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna (KİVDF) zəng etməklə dəqiqləşdirə bilərlər. 


Mətbuat Şurasının sədri Əflatun Amaşov Teleqraf.com-a açıqlamasında mənzillə təmin olunacaq jurnalistlərin siyahısının hazır olduğunu bildirib. Onun sözlərinə görə, KİVDF hər bir jurnalistə dəvətnamə göndərəcək.  


Qeyd edək ki, binanın açılışı iyulun 22-də olacaq və açılış mərasimində prezident İlham Əliyevin iştirakı gözlənilir: Jurnalistlərin 2 və ya 3 otaqlı mənzilə sahib olması əvvəlcədən məlum olacaq, Mənzilin mərtəbəsi, yerləşdiyi blok püşkatma yolu ilə müəyyən olunacaq.


Vüqar Səfərli də   açıqlamasında bildirilib ki, mənzil alacaq jurnalistlərin siyahısı 22 iyul tarixində - Milli Mətbuat gününd dərc olunacaq.


Qeyd edək ki, jurnalistlərin mənzil probleminin həlli üçün prezident İlham Əliyev 2010-cü ildə Mətbuat günü sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə 156 mənzilli binanın tikintisi üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.


İyulun 22-də səhər saat 08:00-da jurnalistlər Mətbuat Evinin qarşısından hər il olduğu kimi Fəxri Xiyabana yola düşəcək. Burada ulu öndər Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət etdikdən sonra binanın açılış mərasiminə qatılacaqlar. Həmin gün axşam isə paytaxtın "Min bir gecə" restoranında bayram tədbiri olacaq.

Sizin Reklam Yeriniz