Əlaqə Arxiv
news Image
2013.07.22
12:12
| A A A
Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iyul ayının 23-də İsmayıllı rayonunda (İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Qobustan , Ağdaş rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır. 

 

Görüşdə iştirak etmək istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", (012) 598 38 18  nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

 

Eyni zamanda görüşə gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar

Sizin Reklam Yeriniz