Əlaqə Arxiv
news Image
2013.07.22
15:59
| A A A
Çində daha bir zəlzələ

Movqe.Az xəbər verir ki, Çinin şimal-qərbindəki Gansu əyalətində səhər saatlarında meydana gələn 6.6 bal böyüklüyündəki zəlzələdə 47 nəfərin həlak olduğu, təxminən 300 nəfərin yaralandığı bildirilib. Zəlzələnin ardınca 370-dən çox təkan olub.  Şinhua agentliyi zəlzələnin, səhər saat 07.45 radələrində meydana gəldiyini, Minşian və Cangşian məskunlaşma bölgələrinə təsir etdiyini bildirib. Mərkəzi əsasının yerin 20 kilometr dərinliyində olduğu bildirilən zəlzələdə ölü sayının artmasından narahatlıq duyulur. Bölgədə Minşien, Çangşien, Maçüen və Sızu başda olmaq üzrə bir çox məskunlaşma yeri ilə ünsiyyətin çətinliklə təmin edildiyi, elektrik kəsilməsi olduğu və tez-tez torpaq sürüşməsi hadisələrinin meydana gəldiyi bildirilir. Səlahiyyətlilər, fəlakət bölgəsinə axtarış-xilasetmə və tibbi yardım qruplarının çatdığını və xilasetmə işlərinə başladığını açıqlayıb.




Sizin Reklam Yeriniz