Əlaqə Arxiv
news Image
2013.07.22
17:30
| A A A
Yeni Zellandiyada zəlzələ olub

Movqe.Az xəbər verir ki, Yeni Zellandiyada 6,5 bal gücündə zəlzələ meydana gəlib. Mərkəzi paytaxt Vellingtonun 57 kilometr cənub-qərbindəki Cuk Streyt bölgəsi olan zəlzələ yerin 10 kilometr dərinliyində meydana gəlib. BBC-nin xəbərinə görə, ABŞ Geoloji Araşdırma Mərkəzinə görə böyüklüyü 6,5 bal olan zəlzələdə, parlament daxil olmaq üzrə bəzi binalara ziyan dəyib. Zəlzələ səbəbiylə qatar səfərləri dayandırılıb, elektrik kəsintiləri yaşanıb və Vellington aerodromu müvəqqəti bağlanılıb. Auklanda qədər hiss olunan zəlzələnin sunami yaradacağı gözlənilmir. Yeni Zellandiyada "Christchurch" yaxınlığında 2011-ci ilin fevral ayında meydana gələn 6,3 bal böyüklüyündəki zəlzələdə 185 nəfər həlak olub. "Atəş Çevrəsi" deyilən bölgədə olan Yeni Zellandiyada ildə 14 mindən çox təkan meydana gəlir.

Sizin Reklam Yeriniz