Əlaqə Arxiv
news Image
2013.07.22
18:07
| A A A
Abituriyentlər isti havalarda ehtiyatlı olmalıdırlar

Ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlər isti havalarda ehtiyatlı olmalıdırlar.

Bu barədə Movqe.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O. Şahmalıyev bildirib ki, imtahan zamanı stress, yorğunluq isti havada bayılma ilə nəticələnə bilər: "Abituriyentlər imtahan verməzdən əvvəl yaxşı dincəlməlidirlər. İmtahan zamanı stres olduğundan, havadakı yüksək temperatur bayılma ilə nəticələnə bilər. Odur ki, imtahan verən abituriyent üçün birinci tələb dincəlməkdir".

O. Şahmalıyev imtahan keçirilən bütün binalara təcili tibbi yardım briqadalarının təhkim olunduğunu, imtahan bitənədək ərazidən uzaqlaşmadığını söylədi. 

Sizin Reklam Yeriniz