Əlaqə Arxiv
news Image
2013.07.23
11:36
| A A A
Məscidi partlatmaq istədilər

Məscidin yaxınlığından 80 kq trotil ekvalentində partlayıcı aşkar edilib

Dağıstanda məscidin yaxınlığında bomba aşkar edilib. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, Xasavyurd şəhərində Maqidov küçəsindəki ibadət ocağının yaxınlığında iki şübhəli çən müşahidə edilib. Araşdrıma nəticəsində onların kustar üsulla hazırlanmış partlayıcı vasitə olduğu müəyyən edilib. 


Rusiya Federasiyası Antiterror komitəsinin məlumatına görə, tapılan partlayıcı 80 kq trotilə ekvalent olub. 

Partlayıcı maddələri məscidin yaxınlığına Xasavyurd quldur qruplarının yerləşdirdiyi güman edilir. Bu qrupun üzvləri daha öncədə qeyd edilən şiyə məscdində partlayış törədiblər. Belə ki, 2012-ci il avqust ayının 18-də Ramazan bayramı günlərində onlar məscidə gələnləri atəşə tutublar. Nəticədə 8 nəfər yaralanmış, bir nəfər isə ölmüşdü. 


Sizin Reklam Yeriniz