news Image
2013.07.23
11:50
| A A A
Ağdamın işğalının 20-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanında anım ziyarəti olub

Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü münasibəti ilə bu gün Bakıda Şəhidlər Xiyabanında anım ziyarəti olub.


Mövqe.az-ın məlumatına görə, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkilləri, ağdamlı məcburi köçkünlər, ictimai təşkilatların nümayəndələri şəhidlərin məzarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

 

Daha sonra ikinci Şəhidlər Xiyabanında dəfn olunmuş Ağdam şəhidlərinin məzarları ziyarət olunub.

 

Qeyd edək ki, Ağdam rayonu 1993–cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Qarabağ uğrunda döyüşlərdə Ağdam rayonu 6 mindən artıq şəhid verib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs