news Image
2013.07.23
12:14
| A A A
Ölkənin İKT sektorunda ixtisaslı kadrların sayı artır

Ölkənin İKT sektorunda yüksəkixtisaslı kadrlara olan güclü tələbat fonunda savadlı kadrların cəlb edilməsi prosesi  sürətlənir və yüksək əməkhaqqı şərtləri tətbiq olunur.  Bunun nəticəsidir ki, hər il  sektorda ixtisaslı kadrların sayı da  artır.

 

Hazırda sektorda 32 657 nəfər işçi çalışır və 2012-ci illə müqayisədə işçilərin sayı 1004 nəfər artıb.

 

Ötən  ilin statistikasına görə, sektorda çalışan işçilərin 19 286 nəfəri telekommunikasiya, 6 620 nəfəri İT və informasiya, 5747 nəfəri isə poçt sektorunun payına düşüb.  

 

Bundan başqa, ötən il sektorda ən yüksək orta aylıq əməkhaqqı (891,6 ABŞ dolları) telekommunikasiya sahəsində, ən aşağı orta aylıq əməkhaqqı (269,5  ABŞ dolları) isə poçt sahəsində qeydə alınıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs