Əlaqə Arxiv
news Image
2013.07.23
15:59
| A A A
Yunus Oğuzun "Şah arvadı və Cadugər" romanı işıq üzü görüb

Yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun daha bir romanı işıq üzü görüb.


Mövqe.az-ın məlumatına görə, yazıçının bu dəfə oxuculara təqdim etdiyi roman "Şah arvadı və Cadugər" adlanır. Əsər tarixi faktlar, nəfəskəsici maraqlı hadisələrlə zəngindir. "Şah arvadı və Cadugər" romanı göstərir ki, Yunus Oğuz Səfəvilər dövləti, bu dövlət quruluşunu yaradan xalqın təsəvvürləri, ideyalar, vərdişlər sistemi haqqında zəngin təfəkkürə malikdir. "Təhmasib şah" və "Nadir şah" romanları ilə müqayisə aparsaq görərik ki, "Şah arvadı və Cadugər" romanında müəllif daha çox yazıçıdır.


"Şah arvadı və Cadugər" romanına ön sözü Atatürk Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, millət vəkili Nizami Cəfərov yazıb. O, sözügedən kitabı ədəbiyyatımıza şöhrət gətirə biləcək əsər kimi qiymətləndirib. Qeyd olunub ki, Yunus Oğuzun "Şah arvadı və Cadugər" romanı ədəbiyyatımıza yeni bir dalğa gətirəcək.


Kitabın sonunda oxuculara yazıçının qələmə aldığı digər tarixi romanları, kitabları haqqında da məlumat verilib.

Sizin Reklam Yeriniz