Əlaqə Arxiv
news Image
2013.07.23
18:03
| A A A
“Azərbaycanın neft-qaz sektoru inkişaf prosesindədir”

"1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycan mütəxəssislərinin sayı getdikcə artır. Bu, çox vacib məsələdir". Mövqe.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev "Qərbi Çıraq" platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanışlıq zamanı tikintidə çalışan mütəxəssislərlə görüş zamanı deyib.


Dövlət başçısı bildirib ki, yürüdülən siyasətin əsas məqsədi bu işlərdə Azərbaycan vətəndaşlarının maksimum iştirakını təmin etməkdir: "Artıq belə nəhəng, dünya miqyaslı qurğuları biz yüz faiz Azərbaycanda tikirik. Bu, həm Azərbaycanın gücünü, eyni zamanda, mütəxəssislərin təcrübəsini göstərir. Bu, onu göstərir ki, gələcəkdə bu cür işlər hələ çox olacaqdır. Çünki Azərbaycanın neft-qaz sektoru inkişafdadır. Mühüm işlər görülür, amma gələcəkdə hələ çox iş görülməlidir, bir neçə platforma tikilməlidir. "Şahdəniz-2" layihəsi icra ediləcəkdir. Çox şadam ki, artıq bütün işlər Azərbaycanda aparılır. Bu işlərin əsas hissəsini görən Azərbaycan vətəndaşlarıdır". 

 

Sizin Reklam Yeriniz