news Image
2013.07.23
22:18
| A A A
Qahirədəki qarşıdurmalar davam edir

Movqe.Az xəbər verir ki, Misirin paytaxtı Qahirədə, keçmiş prezident Məhəmməd Mursi tərəfdaşlarının təşkil etdiyi hərəkat davam edərkən, çıxan qarşıdurmalarda ən az doqquz nəfər ölüb.

Qarşıdurmalarda 30-dan çox nəfərin yaralandığı bildirilib. Dünən xəstəxana səlahiyyətliləri, qarşıdurmalarda ən az iki nəfərin öldüyünü açıqlamışdı. Mursi, 3 iyuldan bu yana, heç bir təqsirləndirmə yönəldilmədən nəzarətdə tutulur. Mursinin harada olduğu isə açıqlanmır.

Dünən bir mətbuat konfransı təşkil edən Məhəmməd Mursinin ailəsi ordunu və Baş qərargah Başçısı General Abdülfettah əl-Sisini "Mursini qaçırmakla" günahlandırıb.

Məhəmməd Mursyə bağlı olan Müsəlman Qardaşlar hərəkattı, ordunun dəstəyi ilə iqtidara gələn yeni rəhbərliyi tanımadıqlarını açıqlayıb.