Əlaqə Arxiv
news Image
2013.07.24
11:40
| A A A
Lənkəranda su quyusuna düşən qadın xilas edilib

Lənkəranda su quyusuna düşən şəxs xilas edilib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib.


 Məlumata görə, şəhərin Füzuli küçəsindəki fərdi mənzildə yaşayan 1995-ci il təvəllüdlü Xoşqədəm Akif qızı Əliyeva ötən gecə saat 3.00 radələrində ehtiyatsızlıqdan həyətlərindəki su quyusuna düşüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onlar X. Əliyevanı quyudan çıxarıblar. Zərərçəkmişə müvafiq tibbi yardım göstərilib, hazırda onun vəziyyəti qənaətbəxşdir.

 

Sizin Reklam Yeriniz