news Image
2013.07.24
15:52
| A A A
Dövlət Neft Fondunun icraçı direktorunun yeni müavini təyin edilib

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İsrafil Aydın oğlu Məmmədov Dövlət Neft Fondunun icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

 

Fonddan Mövqe.az-a verilən məlumata görə, İ.Məmmədov bu vaxtadək Azərbaycan Dövlət Neft Fondunun Vəsaitlərin idarə edilməsi Müdiriyyətinin müdiri vəzifəsində çalışıb.

 

Daha öncə həmçinin Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq iqtisadi əlaqələr İdarəsinin attaşesi, Azərbaycanın Böyük Britaniyada və Şimali İrlandiya Krallığındakı səfirliyində birinci, ikinci, üçüncü katib, Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifələrində çalışıb.

 

İ.Məmmədov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi Əlaqələr fakültəsini bitirib.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs