Əlaqə Arxiv
news Image
2013.07.25
18:36
| A A A
Doktoranturaya qəbulun vaxtı açıqlanıb

Azərbaycanda ali təhsil müəssisələri tərəfindən doktoranturaya qəbul cari ilin oktyabr-noyabr aylarında keçiriləcək.


APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd olunub ki, qəbul planı və qəbul qaydaları haqqında məlumat sentyabr ayında KİV-də elan olunacaq.

 

Bildirilib ki, "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsilinə dair sənəd - "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib.

Sizin Reklam Yeriniz