news Image
2013.07.25
18:12
| A A A
Azərbaycanda təcili tibbi yardımda medbakerlərdən nə vaxt istifadə olunacaq?

Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) maşınlarının pik saatlarında, yollarda tıxacla əlaqədar çağırışlara gecikməsi Azərbaycan TTTY sistemində "medbaker"lərin (motosiklet üzərində qurulmuş təcili yardım) tətbiqini zəruri edir. Qeyd edək ki, artıq xarici ölkələrin əksəriyyətində TTTY sistemində bu yenilik edilib. Tıxac zamanı çağırışlara "medbaker"lərin göndərilməsi xarici ölkələrdə çağırışlara ləngimələrin, bununla bağlı şikayətlərin də sayını azaldıb. Bəs görəsən Azərbaycanda necə, yaxın zamanlarda medbakerlərin TTTY-da istifadəsi nəzərdə tutulurmu? 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda TTTY-da yaxın zamanlarda medbakerlırin istifadəsi nəzərdə tutulmur. Onun sözlərinə görə, bunun üçün sistemdə ciddi dəyişiklik olmalıdır: "Əvvəlcə medbakerlərin istifadəsi üçün bu sistemin səmərəliliyi öyrənilməlidir. Hazırda bizim TTTY-nın maşınları 15 dəqiqəyə çağırış yerində olurlar. Bu maşınların üstünlüyü ondadır ki, xəstəni qospitalizasiya etmək olur. Amma medbakerlərin bu üstünlüyü yoxdur. Biz çağırışa gecikməmək üçün naviqasiya sistemindən istifadə edirik ki, bu da çağırışlara vaxtında getməyə imkan verir".

O.Şahmalıyev deyir ki, TTTY-da medbaker sistemini yaratmaq üçün sürücü heyyəti də dəyişdirilməlidir. Bunun üçün müvafiq kateqoriyalı, motoskileti peşəkarlıqla idarə etmək qabiliyyətinə malik sürücülər işə götürülməli, yeni avtobaza yaradılmalıdır. Odur ki, hələki O. Şahmalıyev bu sistemin Azərbaycanda yaxın zamanlarda tətbiqinin nəzərdə tutulmadığını söylədi.