Əlaqə Arxiv
news Image
2013.07.25
19:30
| A A A
Xaricdə müalicə üzrə Komissiya ləğv edilə bilər-Özəl
Nəzsib Quliyev: "Bizim səhiyyəmiz günü-gündən inkişaf edir, dünyada müalicəsi mümkün olan elə bir xəstəlik yoxdur ki, onun müalicəsində aciz qala"

Yaxın gələcəkdə Azərbaycanda Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya"sı ləğv edilə bilər. Bu sözləri Movqe.az-a açıqlamasında Komissiyanın sədri Nəsib Quliyev söyləyib. N. Quliyev bildirib ki, Azərbaycana müxtəlif xəstəliklərin müalicəsi və diaqnozu üçün ən son tibbi avadanlıqlar gətirilir. Artıq Azərbaycanda orqan transplantasiyası ilə bağlı naliyyətlər var. N. Quliyev odur ki, Azərbaycandan xaricə müalicəyə dövlət xəti ilə göndərişlərin azaldığını söyləyib. Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya"sına 782 nəfər müraciət etsə də, iki nəfərin  Azərbaycanda müalicəsi mümkün olmadığından, onlar Türkiyəyə göndərilib: "Çünki, artıq Azərbaycan səhiyyəsi özü xarici ölkələrin səhiyyə sistemindən geridə qalmır. Bizim səhiyyəmiz günü-gündən inkişaf edir, dünyada müalicəsi mümkün olan elə bir xəstəlik yoxdur ki, onun müalicəsində aciz qala. Ona görə də, biz Komissiyaya müraciət edənləri ölkə daxilində müalicəyə cəlb edirik".

N. Quliyev son vaxtlar müalicə üçün İran İslam Respublikasına, qardaş Türkiyəyə gedənlərin isə əksəriyyətinin çəkici reklamların ardı ilə yollandığını söyləyir: "Bir qrup xaricə tibb müəssisələrinin reklamına uyub gedir. Bir qrup isə Azərbaycanda müalicəsi tam mümkün olmayan hansısa xəstəliyin xaricdə müalicə ilə sağalacağına ümid edib üz tutur. Bəziləri isə maddi imkanları yol verdiyindən, xaricdə müalicəyə üz tuturlar".   

N. Quliyev deyir ki, səhiyyəmiz bu templə inkişaf etsə yaxın gələcəkdə xaricdə müalicəyə ehtiyac qalmayacağını söyləyir. Onun sözlərinə getsə, əgər gərək qalmasa  Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya"sı ləğv edilə bilər.

Sizin Reklam Yeriniz