Əlaqə Arxiv
news Image
2013.07.26
15:46
| A A A
Təhsil Nazirliyi qanunsuz universitetin adını açıqladı

"Anadolu Universiteti Türkiyənin qanuni fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Lakin bu universitetin Bakıdakı filialı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb, onun təhsil fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməyib".

 Movqe.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşlarını sualları cavablandırılarkən bildirilib. Qeyd olunub ki, filialın qanunsuz fəaliyyəti barədə Təhsil Nazirliyi tərəfindən universitetin rəhbərliyinə, Azərbaycanın Türkiyədəki səfirliyinə müvafiq məktublar göndərilib.  Bildirilib ki, Türkiyənin Atatürk Universitetinin Azərbaycanda filialının yaradılması barədə də nazirlikdə məlumat yoxdur.

Sizin Reklam Yeriniz