Əlaqə Arxiv
news Image
2013.07.26
17:13
| A A A
Tunisin aqibəti Misirdəki kimi olacaq?

Movqe.Az xəbər verir ki, Tunisdə altı ay ərzində təşkil edilən müxalifətin tanınmış adlarına yönəlmiş iki sui-qəsd, "Burada da Misirdəkinə bənzər bir böhran yaşanacaq?" aualını ağıllara gətirir. Ümumi tətil səbəbiylə bu gün həyatın dayandığı ölkədə, iqtidardakı Ennahda Partiyasının lideri Raşid Gannuşi isə Tunisdə "Misirdəki ssenarinin yaşanmayacağından" əmindir. Dünyəvilik tərəfdarı və Ərəb milliyyətçisi rəftarıyla tanınan Xalq Cəbhəsi üzvü Məhəmməd əl Brahminin "Ərəb Baharı" nın alovlandığı ölkənin paytaxtı Tunisdə, gündüz vaxtı evinin qarşısında məruz qaldığı sui-qəsd, altı ay əvvəl təşkil edilən Şükrü Belayid sui-qəsdinin demək olar ki, eynisidir. İki hadisə arasındakı bənzərliklər bu dəfə ictimaiyyətin diqqətinin altı ay əvvəlki qədər asan yayındırıla bilməyəcəyinə  işarə edir.


Sizin Reklam Yeriniz