Əlaqə Arxiv
news Image
2013.07.26
17:43
| A A A
Papanı salamlamaq üçün çimərliyə axın etdilər

Movqe.Az xəbər verir ki, Dünya Gənclər Günü üçün Braziliyanı ziyarət edən Katolik dünyasının ruhani lideri Papa Françeskonu salamlamaq üçün Rio de Janerio şəhərindəki Kopakabana çimərliyində təxminən 1,5 milyon insan toplaşıb. Katolik Kilsəsi tərəfindən iki ildən bir təşkil edilən Dünya Gənclər Günü münasibətilə bu ölkəni ziyarət edən Papa, xüsusi vasitəsiylə gəldiyi çimərlikdə özü üçün qurulan yerdə, fəaliyyət çərçivəsində təşkil edilən 250 gəncin bayraq və rəqs nümayişini izləyib. Rio de Janeironun "Kilsənin mərkəzinə çevrildiyini, ürəyinin canlı və gənc olduğunu" ifadə edən Papa, gənclərə təşəkkür edib, "inanclı, ümidli və sevgi dolu" olmaq çağırışı edib. 

Papa, bu gün Rionun şimalındakı Sao Kristovo bölgəsində fərqli qitələrdə günah çıxaran 5 gənci dinləyəcək və bir çox gənclə bir görüşəcək. Papa həmçinin 2 gənclə nahar yeməyi Sao Joaquim Sarayının balkonundan ayinləri idarə edəcək.

Sizin Reklam Yeriniz