Əlaqə Arxiv
news Image
2013.07.29
14:39
| A A A
Azərbaycanda hakimiyyət legitim hal daşıyır
"Bizim tətbiq etdiyimiz mojaritar (təkmandatlı) seçki sistemi Azərbaycan mühiti üçün daha düzgündür. Proporsional isə qarışıq şəkildədir".Bunu dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda "Siyasi partiyaların və siyası partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları" mövzusunda çıxışı zamanı Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.Onun sözlərinə görə, vətəndaş siyahıya səs verəndə, buradakı şəxslərin hamısına səs verməyə məcbur olur: "Vətəndaşı məcbur edirik ki, istədiyi adamla yanaşı, istəmədiyi şəxslərə də səs versin. Bu, birbaşa səsvermə prosesidir. Proporsional sistem isə buna imkan vermir. Belə vəziyyət həm Konstitusiyamızın müvafiq müddəalarını da pozur".

Z.Әsgərov Seçki Məcəlləsindən irəli gələn müddəalar haqda da danışıb: "Bizdə seçkilər sərbəstdir. Seçkiyə gələ də bilər, gəlməyə də bilər. Bu onun hüquqdur, vəzifəsi deyil. Amma bəzi ölkələrdə seçkiyə gəlməyənlər cərimə olunur. Hətta bu davamlı olarsa məsələyə cinayət tərkibli hal kimi baxırlar. Azərbaycanda isə buna ehtiyac yoxdur. Çünki Azərbaycan vətəndaşı siyasi cəhətdən fəaldır.Azərbaycan Konstitusiyasında siyasi partiyaların birləşməsi nəzərdə tutulmayıb. Bu məsələ "Siyasi partiyalar haqqında" qanunla tənzimlənir.Azərbaycanda seçicilər tam iştirak etdiyinə görə, hakimiyyət legitim hal daşıyır. Bəzi Avropa ölkələrində seçkiləri siyasi barometr də adlandırırlar".
Sizin Reklam Yeriniz