Əlaqə Arxiv
news Image
2013.08.01
12:08
| A A A
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Şuraabad, Şirvanlı, Cəvahirli, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Cəbrayıl, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 Düşmən cavab atəşi ilə susdurulub.

 

Sizin Reklam Yeriniz