Əlaqə Arxiv
news Image
2013.08.01
12:18
| A A A
Elmar Məmmədyarov Almaniya səfirini qəbul edib
“Almaniya Azərbaycanla dialoqun və ənənəvi xoş münasibətlərin davam etdirilməsində maraqlıdır”

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Haydurun Tempeli qəbul edib. Xarici İşlər Nazirliyinin ANSPRESS-ə  verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov Haydurun Tempeli ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla Almaniya arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib. 

Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Haydurun Tempel, ölkəsinin Azərbaycanla dialoqun və ənənəvi xoş münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bildirmiş və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.


Sizin Reklam Yeriniz